Almaniya bu ölkələrə viza tələbini ləğv etdi

Almaniya 2026-cı il üçün vizasız giriş hüququna malik ölkələrin yenilənmiş siyahısını açıqlayıb. Siyahıda Avropa Birliyi və Şengen zonasından kənarda yerləşən 62 ölkənin vətəndaşları yer alıb.
Sfera.az xəbər verir ki, yeni qaydalara əsasən, siyahıya daxil edilən ölkələrin vətəndaşları 180 günlük müddət ərzində maksimum 90 gün Almaniyada vizasız qala biləcəklər.
Vizasız giriş hüququ verilən ölkələr bunlardır: Albaniya, Andorra, Antiqua və Barbuda, Argentina, Avstraliya, Baham adaları, Barbados, Bosniya və Herseqovina, Braziliya, Bruney, Kanada, Çili, Kolumbiya, Kosta Rika, Dominika, El Salvador, Gürcüstan, Qrenada, Qvatemala, Honduras, Honkonq, İsrail, Yaponiya, Kiribati, Kosovo, Makao, Malayziya, Marşal adaları, Mavriki, Meksika, Mikroneziya, Moldova, Monako, Monteneqro, Yeni Zelandiya, Şimali Makedoniya, Nikaraqua, Palau, Panama, Paraqvay, Peru, Sent Kitts və Nevis, Sent Lusiya, Sent Vinsent və Qrenadinlər, Samoa, San Marino, Serbiya, Seyşel adaları, Sinqapur, Solomon adaları, Cənubi Koreya, Tayvan, Şərqi Timor, Tonqa, Trinidad və Tobaqo, Tuvalu, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Uruqvay, Vanuatu, Vatikan və Venesuela.
Qeyd edək ki, sözügedən siyahı qısamüddətli turistik, işgüzar və ya ailə ziyarəti məqsədli səfərləri əhatə edir. Almaniyada işləmək və ya uzunmüddətli yaşamaq istəyən şəxslər isə müvafiq viza və ya yaşayış icazəsi almalıdırlar.
Mənsumə
