Yerevanın keçmiş meri məhkəmə önündə: 76 milyon ziyan vurub

Yerevanın keçmiş meri Qaqik Beqlaryana qarşı korrupsiya əməlinə görə 76.822.000 dram (təxminən 356 min manat) məbləğində məhkəmə iddiası qaldırılıb.
Sfera.az Ermənistan mediasına istinadən xəbər verir ki, bununla bağlı məlumatı Ermənistan Baş Prokurorluğu yayıb.
Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin 9 sentyabr 2025-ci il tarixli qərarı ilə bu iddia icraata götürülüb. Məhkəmə prokurorluğun vəsatətini təmin edib və Beqlaryanın 76.822.000 dram məbləğində əmlakına həbs qoyub.
İddia cinayət işlərindən birində müəyyən edilmiş faktlara əsaslanıb.
Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin 7 iyul 2026-cı il tarixli qərarı ilə Kentron və Nork-Maraş inzibati rayonları prokurorluğunun vəsatəti tam təmin edilib.
Qərar qanuni qüvvəyə mindikdən sonra, icmaya dəymiş ziyana görə kompensasiya olaraq Yerevanın xeyrinə Qaqik Beqlaryandan 76.822.000 dram müsadirə olunacaq.
Firuzə Əliyeva
