Ajda Pekkan NATO Zirvəsində sürpriz çıxışı ilə diqqətçəkdi

Türkiyənin məşhur müğənnisi Ajda Pekkan Ankarada keçirilən NATO Zirvə Toplantısı çərçivəsində təşkil olunan xüsusi proqramda səhnəyə çıxıb.
Sfera.az xəbər verir ki, 7-8 iyul tarixlərində Ankarada keçirilən NATO Zirvə Toplantısı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan NATO liderlərinin həyat yoldaşlarının şərəfinə xüsusi şam yeməyi təşkil edib.
Gecənin ən diqqətçəkən məqamlarından biri isə Ajda Pekkanın qonaqlar üçün verdiyi musiqili çıxış olub.

Bu anları Çexiyanın Baş naziri Andrey Babişin həyat yoldaşı Monika Babişova şəxsi “İnstagram” hesabında paylaşıb. Görüntülər qısa zamanda sosial şəbəkələrdə geniş maraq doğurub.
Paylaşımda şam yeməyində təqdim olunan desertin üzərinin qonaqların ad və soyadlarının baş hərfləri ilə xüsusi şəkildə bəzədildiyi də əks olunub.
Ajda Pekkanın NATO Zirvəsi çərçivəsində keçirilən bu xüsusi tədbirdə səhnə alması sosial mediada da geniş müzakirələrə səbəb olub.
Mənsumə
