Logo

Yeddi alma 350 manata satıldı - Maraqlı hərrac

Yeddi alma 350 manata satıldı - M araqlı hərrac
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yaponiyanın Hokkaydo prefekturasında yetişdirilən xüsusi növ 7 alma ilin ilk hərracında 100 min yenə (təxminən 350 manat) satılıb.

Sfera.az xəbər verir ki, Hərrac Nanae qəsəbəsində yetişdirilən və “Nanamitsuki” brendi altında satışa çıxarılan xüsusi almalar üçün Hakodate şəhərindəki topdansatış bazarında təşkil olunub.

Hərracda ən yüksək təklifi alan 7 alma 100 min yenə alıcı tapıb. Bununla da ötən il qeydə alınan qiymət rekordu təkrarlanıb.

Almaların sahibi olan topdansatış şirkətinin nümayəndəsi Yuji Sotozaki meyvələrin dadını yüksək qiymətləndirib.

“Bu almaların dadı bal kimidir və həqiqətən çox ləzzətlidir. Satışına rast gəlsəniz, mütləq dadına baxın”, - o bildirib.

Şinhakodate Kənd Təsərrüfatı Kooperativindən verilən məlumata görə, bu il yetişdirilən almalar ötən illə müqayisədə daha iri və keyfiyyət baxımından daha yaxşı vəziyyətdədir. Ötən il tayfunlar səbəbindən məhsulun böyük hissəsi zərər görmüşdü.

Qeyd edək ki, Yaponiyada xüsusi üsullarla yetişdirilən yüksək keyfiyyətli meyvələr ilin müxtəlif vaxtlarında təşkil olunan hərraclarda satışa çıxarılır. Alıcılar hərraclarda yüksək qiymətə aldıqları meyvələrdən reklam və tanıtım məqsədilə də istifadə edirlər.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR