Messi və Mbappe Ronaldo ilə eyni göstəriciyə çatdı

Argentina millisinin hücumçusu Lionel Messi və Fransa millisinin forvardı Kilian Mbappe penaltilər nəzərə alınmadan dünya çempionatlarında vurulan qolların sayına görə Braziliya millisinin sabiq hücumçusu Ronaldo ilə eyni göstəriciyə çatıb.
Sfera.az bildirir ki, bu barədə "Yahoo Sports" məlumat yayıb. Onların hər biri dünya çempionatlarında 14 qol vurub.
Turnirin rekordçusu isə Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozedir – 16 qol.
Dünya çempionatlarında vurulan qollar üzrə göstəricilər:
Miroslav Kloze (Almaniya) – 24 oyun, 16 qol
Lionel Messi (Argentina) – 28 oyun, 14 qol
Ronaldo (Braziliya) – 19 oyun, 14 qol
Kilian Mbappe(Fransa) – 16 oyun, 14 qol
Gerd Müller (Almaniya) – 13 oyun, 13 qol
Just Fontaine (Fransa) – 6 oyun, 13 qol
Pele (Braziliya) – 14 oyun, 12 qol
Qeyd olunur ki, Messi cari turnirdə vurduğu 5 qol sayəsində Kloze rekordunu üstələyib və dünya çempionatları tarixində ümumilikdə 18 qolla ən yaxşı bombardirdir. Bu qollardan 4-ü penalti zərbəsindən vurulub.
İnci
Sfera.az
