İran 12 milyardı necə əldə edəcək? - Nazir müavini açıqladı

İran ABŞ ilə danışıqların bir hissəsi olaraq dondurulmuş 12 milyard dollarlıq vəsaitin sərbəst buraxıldığını elan edib.
Sfera.az xəbər verir ki, İranın hökumətə yaxın Mehr xəbər agentliyinin xarici işlər nazirinin müavini Kazem Qəribabadiyə istinadən verdiyi məlumata görə, sərbəst buraxılacaq 12 milyard dollarlıq vəsaitin Tehran administrasiyasına hər biri 6 milyard dollar olmaqla iki hissədə köçürülməsi planlaşdırılır.
Amma bəzi xarici mənbələr bu vəsaitin tezliklə köçürülməsi ehtimalının az olduğunu bildirirlər. Belə ki, bu vəsaitlərin ayrılması ilə bağlı prinsipial razılaşma olsa da, ABŞ tərəfi Tehranın alacağı dəqiq məbləğ barədə hər hansı açıqlama vermək istəmir.
Çünki maliyyə razılaşmalarına baxmayaraq, bölgədəki geosiyasi risklər güclü şəkildə hiss olunur. Xüsusilə, İsrail və İranın dəstəklədiyi Hizbullah arasında Livanda baş verən toqquşmalar və atəşkəs pozuntuları Vaşinqton və Tehran arasında diplomatik münasibətləri zəiflədən ən böyük amildir.
Qeyd edək ki, 12 milyard dollardan başqa İran neft ixracına sanksiyaların dayandırılması və İran üçün 300 milyard dollarlıq yenidənqurma fondunun yaradılması də razılaşmaların tərkib hissəsi ola bilər.
Vasif
