İran üçün 300 milyard dollarlıq plan: Vəsait haradan gələcək?

İran üçün 300 milyard dollarlıq plan: Vəsait haradan gələcək?
Kateqoriya məlum deyil
T

Mətndəki bütün texniki, orfoqrafik xətalar və durğu işarəsi buraxılışları tamamilə redaktə olunmuş, orijinal cümlə strukturları və məna tam qorunmuşdur. Mətndən heç bir cümlə və ya fikir ixtisar edilməmişdir:ABŞ Prezidenti Donald Trampın İranla mümkün razılaşma çərçivəsində ölkəyə 300 milyard dollarlıq investisiyanın yönəldilə biləyəci barədə açıqlamaları beynəlxalq gündəmdə geniş müzakirələrə səbəb olub. Trampın xüsusilə bu vəsaitin ABŞ büdcəsindən ayrılmayacağını vurğulaması diqqət çəkib.

Bu isə bir sıra sualları gündəmə gətirib: İran iqtisadiyyatına yatırılması nəzərdə tutulan bu qədər böyük məbləğ haradan gələcək və onun maliyyələşdirilməsində hansı tərəflər iştirak edə bilər?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, beynəlxalq razılaşmalarda bu həcmdə vəsaitlər adətən bir dövlətin büdcəsindən birbaşa ayrılmır.

Onun sözlərinə görə, belə layihələr daha çox xarici investisiyalar, beynəlxalq maliyyə institutlarının kreditləri, özəl şirkətlərin sərmayələri və müxtəlif iqtisadi fondların iştirakı hesabına formalaşır:

“Yəni söhbət İranın bərpası ilə yanaşı, həm də iqtisadiyyatın yenidən qlobal bazarlara inteqrasiyasından və investisiya axınının stimullaşdırılmasından gedir. Əgər ABŞ və İran arasında münasibətlərdə real yumşalma baş verərsə, əldə olunan razılaşmalar istiqamətində real addımlar atılarsa, o zaman bu vəsaiti qoymaqda ilk maraqlı tərəflərdən biri enerji sektorunda fəaliyyət göstərən böyük şirkətlər ola bilər. İran dünyanın ən böyük neft və qaz ehtiyatlarına malik ölkələrindən biridir. Sanksiyaların azalması və hüquqi maneələrin aradan qalxması halında Avropa, Asiya və digər regionlardan olan enerji şirkətləri İran bazarına qayıtmağa maraq göstərə bilər. Bu halda milyardlarla dollarlıq sərmayə neft hasilatı, qaz infrastrukturu, neft-kimya və nəqliyyat layihələrinə yönələ bilər.Daha bir maraqlı tərəf qismində Körfəz ölkələri iştirak edə bilər. Körfəz ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər böyük investisiya fondlarına və maliyyə imkanlarına malikdirlər. Vaşinqton bu ölkələri İran iqtisadiyyatının bərpasında dolayı tərəfdaş kimi prosesə cəlb etməyə çalışa bilər. Bu, həm də ABŞ üçün regional təhlükəsizlik strategiyasının bir hissəsi ola bilər. Məlumdur ki, Vaşinqton uzun illərdir Körfəz müttəfiqlərinin İranla bağlı təhlükəsizlik narahatlıqlarını nəzərə alır. Odur ki, ABŞ indi iqtisadi inteqrasiya vasitəsilə Tehranı daha çox regional sistemə bağlamaqda maraqlı ola bilər. Bu baxımdan Körfəz kapitalının iştirakı siyasi alətə də çevrilə bilər”.

Politoloq qeyd edib ki, digər mümkün mənbə beynəlxalq maliyyə qurumlarıdır:

“İqtisadi sabitlik və siyasi razılaşmalar təmin olunarsa, müxtəlif inkişaf bankları və maliyyə institutları İranın infrastrukturunun yenilənməsi üçün kredit və investisiya proqramları təklif edə bilər. Lakin bunun üçün ilk növbədə beynəlxalq maliyyə sisteminə çıxış, şəffaflıq və siyasi risklərin azalması vacib şərtdir. Eyni zamanda, Trampın açıqlaması göstərir ki, Vaşinqton bu prosesdə daha çox vasitəçi və siyasi təminat verən tərəf rolunda çıxış etməyi düşünür. ABŞ-ın məqsədi birbaşa maliyyə yükü götürmədən İranın nüvə proqramı, regional təhlükəsizlik və iqtisadi davranışı ilə bağlı şərtlər əldə etməkdir. Lakin 300 milyard dollar kimi böyük rəqəm həm də müəyyən suallar yaradır. İnvestorlar üçün əsas amillər siyasi sabitlik, hüquqi zəmanətlər və iqtisadi proqnozlaşdırılabilənlikdir. Bunlar baş verəcəksə, o zaman müvafiq maliyyənin təminatında da hər hansı problem olmayacaq”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ