İran bu ölkələrə zərbələr endirir – TƏCİLİ

İran bu ölkələrə zərbələr endirir – TƏCİLİ
Kateqoriya məlum deyil
T

ABŞ ordusunun İrana qarşı həyata keçirdiyi son hücumların ardınca Tehran Vaşinqtona cavab zərbələri endirib.

Sfera.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı mənbələrdə İranın mərkəzi hissəsindən Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına doğru raketlərin buraxıldığı bildirilib.

Məlumata görə, hücumlar zamanı ABŞ-nin bölgədəki hərbi obyektləri, mövqeləri, radar və hava hücumundan müdafiə sistemləri hədəfə alınıb. İran tərəfi əməliyyatların ABŞ-nin İrana qarşı son zərbələrinə cavab xarakteri daşıdığını açıqlayıb.

Qeyd olunur ki, İranın cavab zərbələri fonunda regionda gərginlik daha da artıb. ABŞ və İran arasında qarşılıqlı hərbi əməliyyatların genişlənməsi Yaxın Şərqdə yeni eskalasiya risklərini artırır.

Xatırladaq ki, bundan əvvəl İranın “Xatəm əl-Ənbiya” Hərbi Komandanlığı ABŞ-yə qarşı cavab tədbirlərinin görüləcəyini açıqlamışdı. SEPAH da ABŞ-nin son hücumlarının cavabsız qalmayacağını bəyan edib.

ABŞ Prezidenti Donald Tramp isə İranın mümkün cavab zərbələrinə qarşı daha sərt hərbi tədbirlərlə bağlı xəbərdarlıq edib.

Beləliklə, tərəflər arasında qarşıdurmanın yenidən genişmiqyaslı hərbi eskalasiyaya çevrilə biləcəyi ilə bağlı narahatlıqlar artır.

Məsumə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR