Putindən müharibə ilə bağlı açıqlama

Putindən müharibə ilə bağlı açıqlama
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putin silahlı münaqişələrə səbəb olan və onları təhrik edən amillərin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edilməli olduğunu bildirib.

Sfera.az xəbər verir ki, Putin bu fikirləri Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxışı zamanı səsləndirib.

Rusiya lideri ŞƏT-in güclənməkdə və genişlənməkdə davam etdiyini qeyd edib. Onun sözlərinə görə, təşkilata üzv ölkələrdə dünya əhalisinin demək olar ki, yarısı yaşayır və qlobal ümumi daxili məhsulun təxminən üçdə biri bu ölkələrin payına düşür.

Putin ŞƏT ölkələri arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdiyini və bunun Avrasiya regionunda sülh və sabitliyin təmin olunmasına töhfə verdiyini vurğulayıb.

Rusiya prezidentinin sözlərinə görə, ötən il ölkəsinin ŞƏT üzvləri ilə ticarət dövriyyəsi 400 milyard dolları ötüb. O bildirib ki, qarşılıqlı ödənişlərdə milli valyutalardan istifadə olunur və Rusiya ilə ŞƏT ölkələri arasındakı əməliyyatların 98 faizindən çoxu milli valyutalarla həyata keçirilir.

İkinci Dünya müharibəsinin 1939-cu il sentyabrın 1-də başladığını xatırladan Putin münaqişələrin qarşısının alınmasının vacibliyini də vurğulayıb.

“Silahlı münaqişələri təhrik edən amilləri aradan qaldırmaq üçün əlimizdən gələni etməliyik. İşlərimiz də bu istiqamətdə aparılır”, – deyə Putin bildirib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR