İstanbulda İsrail konsulluğunun yaxınlığında atışma - FOTO

İstanbulda İsrail konsulluğunun yaxınlığında atışma - FOTO
Kateqoriya məlum deyil
T

 

İstanbulun mərkəzində, Beşiktaş rayonunda yerləşən İsrail Konsulluğunun binası önündə ölümlə nəticələnən silahlı insident baş verib.


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, konsulluq binası qarşısında naməlum şəxslərlə təhlükəsizlik qüvvələri arasında atışma düşüb.

 

Hadisə yerinə dərhal çoxsaylı polis briqadaları və xüsusi təyinatlılar cəlb olunub.


İstanbul Polis İdarəsinin yaydığı rəsmi məlumata görə, hücum cəhdinin qarşısı alınarkən 3 nəfər zərərsizləşdirilib. Bildirilib ki, şübhəlilərdən 2-si hadisə yerində ölüb, digəri isə yaralı halda ələ keçirilib. Təəssüf ki, silahlı qarşıdurma zamanı asayişi qoruyan 2 polis əməkdaşı da müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı polislər dərhal xəstəxanaya təxliyə edilib, onların müalicəsi davam etdirilir.


Hazırda konsulluğun ətrafı polis tərəfindən tam mühasirəyə alınıb, ərazidə genişmiqyaslı təhlükəsizlik tədbirləri görülür. Hadisənin terror aktı olub-olmaması və hücum edən şəxslərin kimliyi araşdırılır.


Bəsti Rəfizadə
Sfera.az

 

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR