Müharibə bitir? – Pakistan atəşkəs planı hazırladı

Müharibə bitir? – Pakistan atəşkəs planı hazırladı
Kateqoriya məlum deyil
T

İran və ABŞ arasında fevralın sonundan bəri davam edən genişmiqyaslı hərbi münaqişənin dayandırılması üçün mühüm addım atılıb. Tərəflər Pakistanın hazırladığı sülh planını nəzərdən keçirirlər.


Sfera.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, təklif olunan planın bütün müddəaları aprelin 6-na qədər tərəflər arasında razılaşdırıla bilər.


Pakistan tərəfindən irəli sürülən sənəd iki əsas mərhələdən ibarətdir. Birincisi, hərbi əməliyyatların dayandırılması və Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinin dərhal bərpası nəzərdə tutulub. İkincisi isə atəşkəs rejimindən sonrakı 15-20 gün ərzində yekun sənədin imzalanması gözlənilir.


Razılaşmanın ən kritik bəndi isə Tehranın nüvə proqramına ciddi məhdudiyyətlərin tətbiqi müqabilində, ABŞ-nin İrana tətbiq etdiyi sanksiyaların yüngülləşdirilməsi və dondurulmuş xarici aktivlərin sərbəst buraxılmasıdır.


Məlumata əsasən, tərəflər arasında əsas ünsiyyət kanalı rolunu Pakistan oynayır. İlkin razılaşmaların memorandum şəklində rəsmiləşdirilməsi planlaşdırılıb. Hazırda nə Vaşinqton, nə də Tehran məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, diplomatik pərdəarxası görüşlərin intensivləşdiyi bildirilib.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ