Qırğızıstan enerji içkilərinin istehsalını və idxalını qadağan edəcək
Qırğızıstan Prezidenti SadırJaparov ölkədə enerji içkilərinin istehsalının və idxalının qadağan edilməsini təklif edib.
Sfera.az xəbər verir ki, dövlət başçısı bu barədə sosial şəbəkə hesablarında paylaşım edib. O, Nazirlər Kabinetinə bir ay ərzində enerji içkilərinin istehsalı və idxalının qadağan edilməsi məsələsini müzakirə etməyi, altı ay ərzində isə hüquqi çərçivədə müvafiq tənzimləyici tədbirlər görməyi tapşırıb.
Japarovun sözlərinə görə, aparılan təhlillərə əsasən, 2025-ci ildə ölkədə enerji içkilərinin daxili istehlakının həcmi 54 milyon 199 min litr təşkil edib. 2026-cı ilin ilk yarısında isə bu göstərici 36 milyon 83 min litrə çatıb. Prezident bildirib ki, enerji içkiləri tədricən asılılıq yarada bilər və onların istifadəsi insanların imtina etməkdə çətinlik çəkdiyi vərdişə çevrilib. “Düşünürəm ki, artıq xəstəliklərin nəticələri ilə mübarizə aparmaqla kifayətlənməyin deyil, onların qarşısının alınması barədə düşünməyin və kompleks operativ tədbirlər görməyin vaxtıdır”, – deyə o qeyd edib.
Qırğızıstan lideri oxşar qadağaların tətbiq olunduğu digər ölkələrin təcrübəsini də xatırladıb. “Bizə təbii həyat enerjisinə, sağlam düşüncəyə və möhkəm sağlamlığa malik nəsil lazımdır, zəhərlənmiş nəsil yox”, –deyə Japarov vurğulayıb.
Bəsti Rəfizadə






