Logo

Azərbaycanda doğum sayı azalır: "Davamlı yardım olmalıdır"

Azərbaycanda doğum sayı azalır: "Davamlı yardım olmalıdır"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda son illər doğum sayının azalması demoqrafik vəziyyətlə bağlı narahatlıqları artırır. Bu fonda ailələrə göstərilən sosial dəstəyin genişləndirilməsi, uşaqlı ailələrin maddi yükünün azaldılması istiqamətində yeni addımlar atılıb. Belə ki, uşağın anadan olmasına görə birdəfəlik müavinətin 600 manatdan 1500 manata qaldırılması, həmçinin 3 yaşınadək uşağı olan sığortaolunan analara ödənilən aylıq müavinətin 100 manata çatdırılması nəzərdə tutulur. Dəyişikliklər ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, doğum səviyyəsinin aşağı düşməsi fonunda dövlətin demoqrafik siyasətində yeni yanaşma kimi də qiymətləndirilir.

Bəs bu artımlar ailələrin daha çox uşaq sahibi olmaq qərarına təsir göstərə biləcəkmi? Mövcud müavinətlər doğum səviyyəsinin yüksəlməsi üçün kifayət edirmi, yoxsa daha geniş və uzunmüddətli sosial dəstək mexanizmlərinə ehtiyac var?

Mövzu ilə bağlı sosioloq Mail Yaqub Sfera.az-a açıqlama verib.

Azərbaycanda doğum sayı azalır: "Davamlı yardım olmalıdır"

O bildirib ki, müavinətlərin artırılması müsbət addım olsa da, doğum sayının yenidən yüksəlməsi üçün bu tədbirlər kifayət deyil:

“Ailələrin uşaq sahibi olmaq qərarına təsir edən əsas amillərdən biri uzunmüddətli maddi təminatdır. Sosial müavinətlərin həcmi daha ciddi şəkildə artırılmalı, xüsusilə çoxuşaqlı ailələrə dövlət dəstəyi genişləndirilməlidir. Çoxuşaqlı ailə anlayışının beş uşaqdan üç uşağa endirilməsi və bu kateqoriyaya daxil olan ailələr üçün xüsusi müavinətlərin tətbiqi mümkün addımlardan biri ola bilər”.

M.Yaqubun fikrincə, ikinci və üçüncü uşağın dünyaya gəlməsini stimullaşdırmaq üçün də ayrıca dəstək mexanizmləri yaradılmalıdır:

“Bu çərçivədə uşaqların 18 yaşınadək dövlət tərəfindən aylıq yardımla təmin olunması ailələrin qərarına daha ciddi təsir göstərə bilər. Uşaq pullarının bərpasının da doğum səviyyəsinin yüksəlməsinə müsbət təsir edər. Ailələrə yalnız uşağın doğulduğu zaman deyil, sonrakı illərdə də davamlı maddi dəstəyin göstərilməsi vacibdir”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR