İsrail hücumun görüntülərini yayımladı - VİDEO

Kateqoriya məlum deyil
T
İsrail ordusu İrana qarşı həyata keçirilən hava zərbələrinin görüntülərini yayımlayıb.
Sfera.az “Milliyet”ə istinadən xəbər verir ki, rəsmi açıqlamada bildirilib ki, əməliyyat ABŞ ilə koordinasiyalı şəkildə başladılıb və ilkin mərhələdə önləyici hava hücumları həyata keçirilib.
Eyni zamanda, İsrail Müdafiə Qüvvələri tərəfindən yayılan görüntülərdə hava zərbələri zamanı ağır silahlardan istifadə olunduğu əks olunub. Ordunun məlumatına görə, əməliyyatın məqsədi müəyyən hərbi hədəflərin zərərsizləşdirilməsidir.
Qeyd edək ki, hücumlar nəticəsində İranın hava məkanı tamamilə bağlanıb. Rəsmi qurumlar əhaliyə müraciət edərək vətəndaşları sığınacaqlara keçməyə çağırıblar.
Bəsti Rəfizadə
Sfera.az
