Logo

Avropa Komissiyası Ukraynaya 4,36 milyard avro maliyyə yardımı ayırıb

Avropa Komissiyası Ukraynaya 4,36 milyard avro maliyyə yardımı ayırıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa Komissiyası Ukraynaya müdafiə ehtiyaclarının və dövlət xidmətlərinin maliyyələşdirilməsi üçün 4,36 milyard avro vəsait köçürüb.

Sfera.az xəbər verir ki, maliyyə yardımı 2026-2027-ci illəri əhatə edən 90 milyard avroluq dəstək proqramı çərçivəsində ayrılıb.

Avropa İttifaqı (Aİ) Rusiya ilə müharibəsi davam edən Ukraynaya maliyyə və hərbi dəstəyini davam etdirir. Avropa Komissiyasının açıqlamasında bildirilib ki, ayrılan vəsait Ukraynanın maliyyə ehtiyaclarının qarşılanmasına, dövlət qurumlarının və əsas ictimai xidmətlərin fasiləsiz fəaliyyətinin təmin edilməsinə kömək edəcək. Həmçinin bu dəstək ölkənin təcili müdafiə ehtiyaclarının qarşılanmasına və mühüm hərbi texnikanın tədarükünə yönəldiləcək.

Qeyd olunub ki, ayrılan məbləğin 3,7 milyard avrosu 2026-cı il üçün nəzərdə tutulan makromaliyyə yardımının ikinci tranşını, 658 milyon avrosu isə kredit proqramının müdafiə komponentini əhatə edir. Komissiyanın məlumatına görə, maliyyə vəsaiti Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi üçün pilotsuz uçuş aparatları (PUA), raketlər, radarlar, elektron müharibə sistemləri və sursatların tədarükünə dəstək verəcək.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR