Yunanıstanda da tələbələr etiraza başladı - FOTO
Yunanıstanın paytaxtı Afinada tələbələr təhsilə dövlət büdcəsindən daha çox vəsait ayrılması tələbi ilə etiraz aksiyası keçiriblər.
Sfera.az xəbər verir ki, şəhər mərkəzində toplaşan tələbələr Sintaqma meydanında yerləşən parlament binasına doğru yürüş ediblər.
Aksiyaya Orta Məktəb Müəllimləri Federasiyası (OLME) da dəstək verib. Müəllimlər etirazda iştirakın asanlaşdırılması məqsədilə dörd saatlıq tətil keçiriblər.
Aksiya iştirakçıları təhsilə ayrılan büdcənin yetərli olmadığını bildirərək məktəb binalarının təmir olunmasını, siniflərdə şagird sayının azaldılmasını və müəllimlərin sayının artırılmasını tələb ediblər. Həmçinin tələbə və müəllimlər hökumətdən təhsil sahəsinə maliyyə dəstəyinin artırılmasını istəyiblər.
Etirazçılar Fransada keçirilən aksiyalara da diqqət çəkərək şüarlar səsləndirib, Fransa başda olmaqla Avropanın digər ölkələrindəki tələbələrə dəstək ifadə ediblər.
İradə Elsevər







