İranda nazir və İİKK komandiri öldürülüb - İsraildən AÇIQLAMA

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandiri general Məhəmməd Pakpur çox güman ki, öldürülüb.
Sfera.az xəbər verir ki, bu barədə İsrail rəsmiləri məlumat yayıb.
Qeyd edək ki, Pakpur İsrailin 2025-ci ilin iyun müharibəsinin əvvəlində sələfi Hüseyn Salamini öldürməsindən sonra İİKK-nın rəhbəri oldu.
Bundan əlavə, rəsmilər İranın müdafiə naziri və kəşfiyyat rəisinin də öldürüldüyünü ehtimal edirlər.
Qiymətləndirmələr hələ ki, İran və ya İsrail Müdafiə Qüvvələri tərəfindən təsdiqlənməyib.
Qeyd edək ki, bu səhər baş verən hücumlarda Ali Rəhbər Əli Xamenei və prezident Məsud Pezeşkian da daxil olmaqla, bir neçə yüksək rütbəli İran rejimi və hərbi komandiri hədəfə alınıb. Lakin, hücumların nəticələri hazırda bəlli deyil.
Firuzə Əliyeva
Sfera.az
