İranda mobil şəbəkə çökdü – Internet də kəsilə bilər

İranda mobil şəbəkə çökdü – Internet də kəsilə bilər
Kateqoriya məlum deyil
T

İranın paytaxtı Tehranda mobil rabitə xidməti kütləvi şəkildə sıradan çıxıb. İsrailin ard-arda hücumlarından sonra, əhalinin şəhərin müxtəlif bölgələrində mobil telefon vasitəsilə zəng edə bilmədikləri bildirilib.

 

Sfera.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, hazırda bir çox ərazidə şəbəkə tamamilə itib və mobil operatorların xidmətində ciddi fasilə yaranıb.

 

Abunəçilər nə zəng edə, nə də zəng qəbul edə bilirlər.


Eyni zamanda internet xidmətinin də yaxın vaxtlarda məhdudlaşdırıla və ya tamamilə dayandırıla biləcəyi ilə bağlı narahatlıqlar artır.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ