Logo

Azərbaycan benzini Ermənistanda sürətlə satılır - Papoyan

Azərbaycan benzini Ermənistanda sürətlə satılır - Papoyan
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycan benzini Ermənistan bazarında yüksək tələbata malikdir, o çox sürətlə satılır".

Sfera.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Milli Assambleyada jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycan benzini (Ermənistanda – red.) çox sürətlə istehlak olunur. Nə qədər çox idxal ediriksə, bir o qədər tez sərf edilir. O (Azərbaycan benzini – red.) bitdikdə (Ermənistanda – red.) benzin qiymətləri artır. Bundan çıxan nəticə budur ki, xalqımız üçün həmişə bol miqdarda ucuz benzin olması üçün çoxlu Azərbaycan benzini gətirməliyik. Nə qədər çox gətirsələr, qiymətlər bir o qədər düşəcək və bu, çox məntiqlidir. Beləliklə, insanlar qənaət edəcək”, – nazir bildirib.

Azərbaycan Ermənistana neft məhsullarının tədarükünə ötən ilin dekabrında başlayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, dekabrda Ermənistana 788,8 min ABŞ dolları dəyərində 1 min 210,28 ton “Premium Euro-95” markalı avtomobil benzini tədarük edilib.

Xatırladaq ki, dünən Azərbaycan Ermənistana 4 500 ton dizel yanacağı göndərib.

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR