Pezeşkian İran xalqından üzr istədi

İran prezidenti Məsud Pezeşkian 1979-cu il İslam İnqilabının 47-ci ildönümü münasibətilə keçirilən rəsmi mərasimdə ölkədə baş verən etirazlar və sonrakı sərt müdaxilələrlə bağlı açıqlama verib.
Sfera.az “AP News”a istinadən xəbər verir ki, rəsmi tədbirdə çıxış edən Pezeşkian ölkə miqyasında keçirilən etirazlar və həmin prosesdə zərər çəkən şəxslərlə bağlı “təsirlənənlərin hamısından” üzr istədiyini bildirib. O, baş verən hadisələrin cəmiyyətdə “böyük kədər” yaratdığını qeyd edib.
“Biz xalq qarşısında utanırıq və bu hadisələrdə zərər çəkən hər kəsə kömək etməyə borcluyuq. Biz xalqla qarşıdurma axtarmırıq”, – deyə prezident vurğulayıb. Pezeşkian təhlükəsizlik qüvvələrinin qan tökülməsində rolunu birbaşa etiraf etməsə də, etirazlar zamanı yaşananların cəmiyyətə təsirini anladığını bildirib.
Bununla yanaşı, o, etirazlarla bağlı “Qərb təbliğatı”nı da tənqid edib. Qeyd edək ki, İran hazırda həm daxili ictimai narazılıqlar, həm də beynəlxalq təzyiqlərlə üz-üzədir. ABŞ və bir sıra Qərb ölkələri Tehranın etirazlara qarşı sərt müdaxiləsini tənqid edib.
Bəsti Rəfizadə
Sfera.az
