Rusiya öz vətəndaşlarını vurdu

Rusiya öz vətəndaşlarını vurdu
Kateqoriya məlum deyil
T

Rusiyanın Stray Oskol şəhərində Ukrayna PUA-sını hədəfləyən raket səhvən mülki binaya dəyib. Hadisə nəticəsində bir neçə nəfərin yaralandığı bildirilib, ölən olmadığı qeyd olunur.

 

Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, raket səs sürətində hərəkət edərkən avtomatik hədəf hesablamasında səhv edərək Stray Oskol şəhərindəki binanın yuxarı mərtəbələrinə çırpılıb.

 

Stray Oskolun yerləşdiyi Belgorod bölgəsi, Ukraynanın enerji infrastrukturuna yönələn PUA hücumları səbəbi ilə işıqsız qalmışdı. Şəhərdəki qaranlığın raketin səhv etməsinə təsir etdiyi qeyd edilir. Rusiya bölgəyə böyük dizel generatorlar göndərsə də, Ukraynanın neft zavodlarına zərbələri generatorların təchizatını çətinləşdirir.

 

Müharibənin üçüncü ilində Ukrayna Avropanın icazəsi ilə Rusiyanın həssas nöqtələrinə zərbələr endirir. ABŞ Prezidenti Donald Trampın sülh vədinə baxmayaraq, münaqişənin sonu hələ görünmür.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR