“iPad”i beyin siqnalları ilə idarə etmək mümkün olacaq

"iPad"i beyin siqnalları ilə idarə etmək mümkün olacaq
Kateqoriya məlum deyil
T

“Apple” və ABŞ ilə Avstraliyada fəaliyyət göstərən tibbi texnologiya şirkəti “Synchron” iflic xəstəsinin “iPad”i yalnız beyin siqnalları ilə idarə etməsini göstərən video yayımlayıb. 

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, yanal amiotrofik sklerozdan əziyyət çəkən Mark Cekson, “Synchron”un “Stentrode”implantı vasitəsilə menyularda hərəkət edib, proqramlar açıb və yazı yazıb.

 

“Apple”ın yeni texnologiyası sayəsində “iPad” və “Mac” beyin-kompüter interfeyslərini standart klaviatura və siçan kimi tanıyır. İmplanta kraniotomiya əməliyyatı olmadan, qan damarı vasitəsilə yerləşdirilir. Hazırda cihaz ABŞ və Avstraliyada 10 xəstəyə quraşdırılıb.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR