"Vaşinqton Bakının Dəhliz üzərindən oynadığı kartları qəbul edə bilər, çünki..." - AÇIQLAMA

"Vaşinqton Bakının Dəhliz üzərindən oynadığı kartları qəbul edə bilər, çünki..." - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

“Azərbaycan və Ermənistan sülh danışıqlarında inanılmaz irəliləyiş əldə edərək uzun bir yol keçiblər”.

 

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Aqşin Kərimov deyib ki, Ağ Ev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin NATO sammiti çərçivəsində keçirdiyi görüşdən məmnun qalaraq əldə edilmiş razılıqları irəliyə aparmaq üçün açar əldə etdiyini düşünür.

 

Onun sözlərinə görə,  Dövlət Departamentindən verilən bəyanat həm də ABŞ-nin Azərbaycan-Ermənistan sülh gündəliyində hökmran vasitəçilik qurmaq cəhdlərinə işarə edir:

 

“Ancaq Azərbaycan sülh proqramını kənar qüvvələrin ambisiyaları ilə deyil, öz maraqlarının təntənəsi kimi nəzərdən keçirir. Yəni ABŞ-dən verilən açıqlamanın gizlinlərində Azərbaycan üçün faydalı məqamlar olsa da, yekunda düşünmək olmaz ki, Bakı Vaşinqtonun gündəliyini bütövlükdə dəstəkləyəcək. Çünki ABŞ-nin masada olan hazırkı razılıqlarla sülh sazişinin imzalanmasına tələsdiyi görünür. Bu da Azərbaycanın perspektiv strateji yerləşməsi maraqları ilə ziddiyyət təşkil edir”.

 

Ekspert bildirib ki, ABŞ indi öz maraqları ilə Azərbaycanın gələcək geosiyasi şəkilləndirmə ssenariləri arasında tarazlıq yaratmağa çalışır:

 

“Bu tarazlıq aktı Zəngəzur dəhlizi ilə reallaşa bilər, yəni Vaşinqton Bakının Dəhliz üzərindən oynadığı kartları qəbul edə bilər.  Buna səbəb verən əsas amillərdən biri Vaşinqtonun Zəngəzur dəhlizi layihəsini Cənubi Qafqazla Mərkəzi Asiya arasında vacib geosiyasi bağlantı quran prioritet kimi qəbul etməsidir”.

 

Günay 
 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR