Logo

Messi qonşularından ŞİKAYƏTLƏNDİ: "Saat 22 olan kimi qapıma gəlib..."

Messi qonşularından ŞİKAYƏTLƏNDİ: "Saat 22 olan kimi qapıma gəlib..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Argentinalı hücumçu Lionel Messi PSJ-də oynadığı zaman qonşuları ilə etdiyi mübahisələrdən danışıb.

Sfera.az xəbər verir ki, ulduz futbolçu qonşularının ailəsi üçün problem yaratdığını bildirib:

“Parisdə qonşular axşam saat 21-22 olan kimi qapıma gəlib uşaqlarımın futbol oynamamasını tələb edirdilər. Onlar bizi narahat edirdilər. Bu, meydandakı çıxışlarıma da təsir edirdi”.

Xatırladaq ki, Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib. O, ikiqat Fransa çempionu olub.

Messi 2023-cü ilin yayından İnter Mayamiyə keçib. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb. Bu mövsüm Messi MLS-də 12 oyun keçirib və 12 qol vurub.

2022-ci ilin dekabrında Messi Argentina millisinin tərkibində dünya çempionu olub. Bu, ulduz futbolçunun karyerasında ilk belə kubokdur. O, millinin heyətində 100-dən çox qol vurub.

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR