Logo

İtkin düşən 6 nəfər TAPILDI – RƏSMİ

İtkin düşən 6 nəfər TAPILDI – RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün itkin düşmüş 6 nəfər tapılıb.

Bu barədə Sfera.az-a DİN-dən məlumat verilib. Sözügedən şəxslərlə bağlı bunlar qeyd olunub:

“Daxil olmuş müraciətlər əsasında mayın 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 11-də Ucar rayonunun Qazıqumlaq kəndində itkin düşmüş 1995-ci il təvəllüdlü kişi, aprelin 27-də Şəki rayonunda itkin düşmüş 1999-cu il təvəllüdlü qadın, mayın 7-də Maştağa qəsəbəsində itkin düşmüş 1999-cu il təvəllüdlü qadın, mayın 16-da Binəqədi rayonu ərazisində itkin düşmüş 1965-ci il təvəllüdlü kişi, mayın 17-də Bülbülə qəsəbəsində itkin düşmüş 1959-cu il təvəllüdlü kişi və mayın 21-də Buzovna qəsəbəsində itkin düşmüş 2002-ci il təvəllüdlü kişi tapılıb”.

Qurum həmin şəxslərin aidiyyəti üzrə təhvil verildiyini də açıqlayıb.

Günay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR