Bu insanlara lazerdən istifadə etmək OLMAZ - TƏHLÜKƏLİDİR!

Bu insanlara lazerdən istifadə etmək OLMAZ - TƏHLÜKƏLİDİR!

Qaınların əksəriyyəti istənməyən tüklərlə mübarizədə lazer epilyasiyasını xilaskar kimi görürlər. Lakin bəzi hallarda bu prosedur məsləhət görülmür.

 

Hansı hallarda lazer epilyasiyasından istifadə etmək olmaz?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan dermatoloq Nigar Rəsulova bildirib ki, lazer tibbin bütün sahələrində istifadə edilən prosedurlardan biridir.

 

“Lazerdən dəri qırışlarının açılmasında, arzuolunmaz xalların aradan qaldırılmasında uğurla istifadə edilir. Ən çox isə istənməyən tüklərin təmizlənməsində istifadə edilir. Lazer düzgün istifadə edilərsə, heç bir yan təsiri, qorxusu yoxdur. Lakin bəzi insanlar lazerdən istifadə etməməlidir. Xərçəg və epilepsiya xəstələri lazerdən istifadə etməməlidir. Dəridə açıq yaraları olan, dərisində iltihablaşma prosesi gedən insanlar da lazer epilyasiyasından istifadə etməməlidir”.

 

Nigar Rəsulova qeyd edib ki, antibiotik dərmanların qəbulu dərinin şüaya qarşı həssaslığını artırır.

 

"Məhz bu baxımdan antibiotik qəbul edən insanlar da bu prosedurdan istifadə etməməlidir. Lazer şüası dərinin imunitetini və qoruyucu qatını müəyyən qədər zəiflədir. Məhz bu baxımdan lazerdən sonra pilinq prosedurunu icra etmək düzgün deyil”.

 

Ülkər Abduramanlı


OXŞAR XƏBƏRLƏR

İstilər ölüm riskini artırır - Bu ölkədə 1180 nəfər dünyasını dəyişib

Son iki ayda İspaniyada güclü istilər səbəbindən 1180 nəfər həyatını itirib. Ekologiya Nazirliyi ötən ilin eyni dövrü ilə müqayisədə istilərə görə ölüm sayının ...

8-ci sinif şagirdi vəfat etdi- FOTO

Bərdədə məktəbli qız vəfat edib.   Sfera.az xəbər verir ki, rayonun Yeni Əyricə kənd orta məktəbinin 8-ci sinif şagirdi Fatimə Ağazadə ötən gün dünya...

10 həftəlik körpə dağdan 50 metr yuvarlanıb sağ qaldı

 Avstriyada Alp dağlarında yamacdan 50 metr aşağı yıxılan körpə uşaq arabasından düşərək sağ qalıb.   Sfera.az "Bild"ə istinadən xəbər...

BDYPİ sürücülərə növbəti dəfə xəbərdarlıq edib

Sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur.   Baş Dövlət Yol...

"Birbank Biznes"in dəstəklədiyi "She’s Next" təşəbbüsünün qalibləri müəyyənləşdi

Qadın sahibkarlığının inkişafına yönələn “She’s Next Empowered by Visa” qlobal təşəbbüsünün Azərbaycanda həyata keçirilən üçüncü dalğası yekun...

Bəzi rayonlara leysan yağdı

Saat 10:00-a olan məlumata görə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakte...