İqlim dəyişikliyi qlobal iqtisadiyyata 38 trilyon dollar zərər vura bilər - ARAŞDIRMA

İqlim dəyişikliyi qlobal iqtisadiyyata 38 trilyon dollar zərər vura bilər - ARAŞDIRMA

İqlim dəyişikliyinin qlobal iqtisadiyyata vurduğu ziyan 2049-cu ilə qədər ildə 38 trilyon dollara çata bilər. 

 

Sfera.az xəbər verir ki, bu nəticəyə Potsdam İqlimə Təsirin Tədqiqat İnstitutunun alimləri gəlib. Araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.

 

Materialda bildirilib ki, qlobal dəyişikliyə əsasən, qlobal iqtisadiyyat 19 faiz daralma riski ilə üzləşir. İtkilər qlobal istiləşmə sürətinin azaldılması xərclərindən altı dəfə çoxdur. Eyni zamanda, əsas təhlükə Yer kürəsində temperaturun yavaş-yavaş yüksəlməsindən deyil, təbii fəlakətlərdən - meşə yanğınları və qasırğalardan qaynaqlanır.

 

Ekspertlərin fikrincə, iqlim dəyişikliyi təkcə milli hökumətlər və iri şirkətlər üçün deyil, həm də ayrı-ayrı şəxslər üçün iqtisadi təhlükə yaradır. Afrika və Cənubi Asiya ölkələri isə bu xüsusda ən ciddi problemlərlə üzləşəcəklər.

 

Bundan əvvəl Avropa Ətraf Mühit Agentliyinin (EEA) ekspertləri hesablamışdılar ki, qlobal istiləşmə fonunda Avropa İttifaqının illik iqtisadi itkiləri 2100-cü ilə qədər 1 trilyon avronu keçə bilər. Müqayisə üçün qeyd edək ki, 1980-2022-ci illərdə bu rəqəm 650 milyard avro olub.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

İşdən çıxarılan direktorun başqa vəzifəsi var imiş

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli işdən çıxarılıb. Direktor yayılan səsyazısında "Son ...

Barmaqlar suda niyə qırışır? - Alimlər gözlənilməz cavabla üzləşdilər

Binqemton Universitetindən olan amerikalı alimlər maraqlı bir fenomenin - barmaqların suda uzun müddət qaldıqdan sonra qırışmasının əsl səbəbini müəyyən ediblər...

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...