Aprelin 16-sı Ümumdünya Səs Günüdür

Aprelin 16-sı Ümumdünya Səs Günüdür

Səs gününün qeyd olunmasına 1998-ci ildə Braziliya Lorinqologia və Səs Cəmiyyətinin təşəbbüsü ilə başlanılıb.

 

Sfera.az xəbər verir ki, 2002-ci ildən Amerika Baş və Boyun Cərrahiyyəsi Akademiyasının təşəbbüsü ilə isə hər il aprelin 16-sı Ümumdünya Səs Günü kimi qeyd olunur. Həmin günün əsas məqsədi ictimaiyyətə səsin insan həyatındakı rolu və əhəmiyyəti, həmçinin səsdə yarana biləcək problemlər haqqında informasiya verməkdən ibarətdir.

 

Müasir cəmiyyətdə səs emosional kommunikasiyada əhəmiyyətli rol oynayan vasitədir. Məsələn, bir insan digərini öz səsi ilə valeh edə, qıcıqlandıra və ya sakitləşdirə bilər. Səsin gündəlik həyatımızda və işimizdəki vacibliyi yalnız səsdə problemlər yarananda dərk edilir. Gözlər qəlbin aynası olduğu kimi, səs də ruhun güzgüsüdür. İnsanın səsini eşidərək yaşı, cinsi, emosional vəziyyəti, xarakteri haqqında ilkin məlumat yaranır. Bu baxımdan səsi insanın vizit kartı da adlandırırlar.

 

Qeyd edək ki, tədqiqatlara görə, səs tellərimiz gün ərzində ən çox istifadə edilən orqanlarımızdan biridir. Səs deyəndə ilk olaraq yada düşən insanlar isə müğənnilərdir. İnsanlar çox vaxt səsi sırf tibb sahəsi ilə əlaqələndirsələr də, o həm də bir mədəniyyətdir. Maraqlıdır ki, ilk dəfə səs telini müalicə edən insan da ispaniyalı musiqi müəllimi, vokal ifaçısı olub. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR