Ukraynanın dövlət borcu AÇIQLANDI

Ukraynanın dövlət borcu AÇIQLANDI

Ukraynanın dövlət borcu 31 mart 2024-cü il tarixinə 151,05 milyard dollar olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna KİV Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, bu Ukraynanın dövlət borcunun ay ərzində 7,36 milyard dollar artdığı anlamına gəlir.

 

Qeyd edək ki, 2024-cü ilin mart ayında Ukrayna bir müddətlik fasilədən sonra uzunmüddətli kreditlər şəklində ayrılan beynəlxalq yardımlar almağa başlayıb.

 

Bu kreditlərin 4,901 milyard dolları "Ukraine Facility" maliyyələşdirmə vasitəsi çərçivəsində Aİ tərəfindən, 1,626 milyard dollar Yaponiya və Böyük Britaniyanın təminatı ilə Dünya Bankı tərəfindən, 1,471 milyard dollar Kanada tərəfindən və 881 milyon dollar Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən ayrılıb.


OXŞAR XƏBƏRLƏR

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər SAXLANILDI

“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanılıb.   Bu barəd...

Mütaliəyə olan maraq niyə azalıb? - AÇIQLAMA

Mütaliənin insanın formalaşmasında, beyinin, yaddaşın inkişafında əvəzsiz rolu haqqında ətraflı dəlillər, məntiqli fikirlər var. Amma mütaliə mədəniyyətinə, ənə...

Təhlükəli virus yayılır: 40 nəfər YOLUXUB - Siçanlardan...

İspaniyada ilk dəfə insanlarda siçovul hepatiti olaraq adlandırılan Hepatit E-yə yoluxma halı qeydə alınıb. Sfera.az xəbər verir ki, bu barədə "E...

Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır

"Kaspersky" şirkətinin göstəricilərinə görə, dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır.   Sfera.az xəbər verir ki, ...

Doktoranturaya sənəd verənlər iyul çağırışından azad olunacaqlarmı? - AÇIQLAMA 

15 mayda ali təhsilin doktorantura pilləsinə qəbul olmaq üçün sənəd qəbulu başa çatıb.   Sfera.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Ə...

Beynəlxalq Sülh Şəraitində Birgə Yaşamaq Günüdür

16 may Beynəlxalq Sülh Şəraitində Birgə Yaşamaq Günüdür.   Sfera.az xəbər veir ki, BMT Baş Assambleyası 8 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (72...