\"Hamısı 700 bal toplasa da, tələbə ola bilməyəcəklər...\" - AÇIQLAMA 

\

"Məktəblərdə 5 alan şagirdlərin 70% attestat imtahanında qiymətləri doğrulda bilmir".

 

Bunu Sfera.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib. O, orta məktəbi bitirən bütün şagirdlərin tələbə adını qazanma şansının olmadığını deyib: "Bu il orta ümumi məktəblərimizi 85 minə yaxın şagird bitirir. Hər il rayonlar və Bakı üzrə məzunlar arasında ali məktəblərə qəbul olmayan kifayət qədər məktəblilər olur. Bakıda 2021-ci ildə 152 saylı orta məktəbin bir məzunu belə ali məktəbə qəbul olmamışdı. Biz bunu Masallının bir neçə kəndinə də şamil edə bilərik.

 

Lakin bu, tədrisin göstəricisi hesab edilə bilməz. Tədrisin göstəricisi buraxılış imtahanında xüsusən əsas fənlərin qiymətləri ilə hesablana bilər. Təhsil standartlarına görə, orta məktəblərin əsas məqsədi vətəndaş yetişdirmək və onlarda minimum biliklərin formalaşdırılmasıdır. Bu, o demək deyil ki, orta məktəbdə oxuyan hər kəs ali məktəbə qəbul olmalıdır. Bu, prinsipcə mümkün deyil. Çünki orta məktəbləri 85 min şagird bitirir, lakin ali məktəblərin qəbul planı 47 mindir. Yəni bütün şagirdlər 700 bal toplasa da, onların hamısı tələbə ola bilməz". Ekspert orta məktəblərdə müəllimlərin tədrisi düzgün təşkil etmədiyini qeyd edib.

 

K.Əsədov ölkədə 50 faiz məzunun tələbə adı qazana bildiyini deyib: "Tədrisin keyfiyyətini ölçən məsələ buraxılış imtahanlarının nəticələridir. Bu isə bizdə qənaətbəxş hesab olunmur və ölkədə təhsil sisteminin vəziyyətindən heç kim razı deyil. Bu gün hamı deyir ölkədə təhsil sistemi batıb. Lakin baxaq, batan nədir? Şagirdlər məktəbə gedirsə, yazıb oxuyursa, demək ki, təhsil var. Bizim başqa gözləntimiz nədir? Gözləntimiz ali məktəbə qəbul sayıdır. Türkiyədə orta məktəb məzunlarının yalnız 10 faizi ali məktəblərə qəbul ola bilir. Lakin Cənubu Koreyada 85 faiz məzun ali məktəbə daxil olur. Azərbaycanda isə orta məktəb məzunlarının 50 faizi növbəti təhsil pilləsinə gedə bilirlər.

 

Dövlət İmtahan Mərkəzi kifayət qədər obyektiv imtahan keçirir. Orta ümumtəhsil məktəblərində müəllimllər tədrisi düzgün təşkil etmədiyi üçün uşaqlar buraxılış imtahanında yaxşı nəticə göstərə bilmirlər. Uşaqlar məktəbdə görmədiyi test nümunələrini imtahanda görür və sualları cavablandıra bilmirlər.

 

Yaxşı olardı ki, DİM-in cavab kartları nümunələri məktəblərdə işlənilsin. İmtahanda məqsəd həm də şagirdlərin bacarıqlarının yoxlanılmasıdır".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

DİN-dən vətəndaşlara xəbərdarlıq - VİDEO

Daxili İşlər Nazirliyi vətəndaşlara, o cümlədən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, bununla bağlı nazirlik so...

Xanımların nəzərinə: Ən sadiq kişilər bu bürclər altında dünyaya gəlir

Qadınlar üçün güvən məsələsi çox önəmlidir. Qarşı tərəfə inamla bağlı narahatlıqlar boşanmalara səbəb olur. Buna görə də, ən etibarlı bürclər barədə məlumatlı o...

Maqnit qasırğaları İlon Maska da ZİYAN VURDU

Xəbər verdiyimiz kimi, şənbə gecəsi Yer son iyirmi ilin ən böyük geomaqnit qasırğası ilə üzləşib.   Sfera.az xəbər verir ki, günəş aktivliyi hət...

Tramp hamını qorxutdu: “ABŞ təhlükə altındadır”

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hesab edir ki, ölkənin hazırkı lideri Co Bayden noyabrda keçiriləcək seçkilərdə qalib gələrsə, ABŞ təhlükə altında qalaca...

Belqorod atəşə tutuldu: 4 ölü, çoxlu sayda yaralı var

Ukrayna Ordusu Rusiyanın Belqorod şəhərinə zərbə endirib.   Sfera.az xəbər verir ki, raketlərdən biri Şors küçəsindəki yaşayış binasına düşüb və...

Sabahın havası açıqlandı

Mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   Bu b...