14-cü əsrdən bəri dünyanın ən zəngin adamı titulunu qoruyan Mali kralı
Hazırda dünyanın ən varlı adamı Ceff Bezos olsa da, o, bütün zamanların ən varlı adamı sayılmır. Sfera.az bildirir ki, “Bloomberg”in Milyarderlər İndeksinə görə, 2018-ci ildən “Amazon”un qurucusu və baş direktoru Ceff Bezos dünyanın ən varlı adamı olub. 150 milyard dolları keçən sərvəti ilə o, 1999-cu ildə sərvəti 100 milyard dollardan bir qədər çox olan “Microsoft”un həmtəsisçisi Bill Geytsi də qabaqlayır. Amma tarix boyu ondan daha zəngin insanlar olub. Bəs, dünyanın ən zəngin insanı kimdir?