Bu bürclər həddindən artıq qorxaq və narahatdırlar

Bu bürclər həddindən artıq qorxaq və narahatdırlar

Astrologiyada bəzi bürclər xüsusilə emosionallığı ilə seçilirlər. Onlar emosional olmaqdan əlavə, həddindən artıq həssas, qorxaq və narahatdırlar. Başqalarının hərəkətləri və ifadələri həmin şəxsləri incitməyə və qırmağa kifayət edir.

 

Sfera.az bu dəfə ən duyğusal bürclərlə bağlı məlumatı təqdim edir.

 

Qoç bürcü - Kənardan çox sərt və güclü görünürlər. Onların dözümlü olması və çətinlikləri dəf etməkdə uğur qazanması hər zaman diqqət çəkən xüsusiyyətlər sırasındadır. Qoçlar inadkar xarakterə malikdirlər və istənilən məsələ ilə mübarizə apara bilərlər. Ancaq onların sərt və davamlı görünüşünün altında çox həssas və emosional bir insan yatır. Yaşadıqları xoşagəlməz vəziyyətlərdən sonra çox məyus olan bu bürcün nümayəndələri səssizcə ağlaya da bilərlər. Çünki onların ürəkləri çox həssasdır.

 

Xərçəng bürcü – Astrologiyanın ən emosional nümayəndələri kimi tanınırlar. Onlar çox duyğusal olduqları üçün hisslərinin zədələnməsinin qarşısını almağa çalışırlar. Xərçəng bürcü olan insanlar həm də asanlıqla incimək qabiliyyətinə malikdirlər. Onların həssaslığı çox sadə məsələlərdə belə zərər görmələri üçün kifayətdir. Xərçəng bürcləri ümumiyyətlə sərt müzakirələrdən qaçırlar. Çünki hər mübahisədə çox yaralanırlar.

 

Dolça bürcü - Ümumiyyətlə mehriban və çox sosialdırlar. Onlar həyata laqeyd yanaşırlar. Digər tərəfdən düşünülür ki, dolça bürcləri məhz bu xarakterlərinə görə, heç bir hadisədən zədə almırlar və ya təsirlənmirlər. Hər şey heç də göründüyü kimi deyil. Dolçalar sosial olsalar da, insanlara asanlıqla açıla bilmirlər. Onların kiməsə güvənməsi və özləri haqqında bir şey söyləməsi uzun müddət tələb edir. Dolça bürcləri əslində inciməkdən çox qorxurlar. Onlar xəyanətə məruz qalmaqdan, ürəklərinin qırılmasından narahatdırlar. Əslində, dolçalar ağrıya çox uzun müddət dözə bilmirlər.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...