Boşanmalar daha çox bu səbəblərdən YARANIR - Psixoloqdan AÇIQLAMA

Boşanmalar daha çox bu səbəblərdən YARANIR - Psixoloqdan AÇIQLAMA

Boşanma hallarının yaranma səbəbləri müxtəlifdir. Ailədaxili münaqişlərin artmasının və boşanma ilə nəticələnməsinin bir sıra psixoloji səbəbləri var.

 

Bəs həmin psixoloji səbəblər hansılardır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, münasibətin başlanğıcında verilən vədlərin tutulmaması da boşanmaya səbəb olan hallardan biridir.

 

“Bəzən sevgililikdən əvvəlki və ya sevgililik mərhələsində partnyoru əldə etmək, onu manipulyasiya etmək üçün müxtəlif yalan vədlər verilir. Bu zaman qarşı tərəfin gözləntiləri yüksəlir, lakin sonra partnyorunu əldə etmiş şəxs üçün qarşı tərəf maraqsızlaşa bilir, artıq onun üçün vəzifə tamamlanmış hesab olunur. O verdiyi vədləri tutmur və münasibət üçün artıq heç bir şey etməməyə başlayır. Bu da qarşı tərəfin etirazına səbəb olur”.

 

Psixoloq qeyd edib ki, digər ən vacib nüanslardan biri isə partnyorlardan birinin ailənin yükünü qaldıra bilməməsi və ya məsuliyyətdən qaçması zamanı ortaya çıxır.

 

“Bu hallarda kişi maddi cəhətdən ailəni təmin etmək üçün çalışmır. Övladlarının və ya yoldaşının qayğısına qalmır. Öz məsuliyyətini sadəcə partnyorunun üzərinə atır. Boşanmaların situativ səbəbləri ilə yanaşı, etnopsixoloji səbəbləri də mövcuddur. Yoldaşına daima şübhə ilə yanaşmaq konfliktlərin yaranmasına səbəb olur. Bütün günü hardasan, görüntülü yığ, məkanı göndər, arxadan səs gəldi, instagram parolu ver, kodu de və s. tipli tələblər edən insanlar münasibətdə həm qarşı tərəfi, həm də özlərini yorurlar".

 

Psixoloqun sözlərinə görə, ailəyə xarici təzyiqlərin olması da cəmiyyətdə ən başlıca boşanma səbəblərindən hesab olunur:

 

“Ailələrdə analar öv övladlarının fikir azadlığını qəbul etmir və ailə qurduqdan sonra da ailələrə müdaxilə edirlər. Analar qızlarından ailədə olan hər şeyi onlara danışmasını, oğullarından isə sadəcə onların dediklərini etməsini gözləyirlər. Lakin bu düzgün yanaşma deyil. Bu müdaxilələr nəticəsində cütlüklər arasında problemlər yaranır və nəticəsi yaxşı olmur”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - VİDEO

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.   Sfera.az-ın məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “V...

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidən...

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ...

Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan liderlərinin iyulun 10-da Əbu-Dabidə baş tutan görüşünü dəstəklədiyini bildirib.   Sfera.az xəbər ...

Prezidentin BƏƏ səfərindən- GÖRÜNTÜLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin “X” sosial şəbəkəsi hesabında dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı paylaşım ...

Taksi sürücüləri SİMA ilə təsdiqlənəcək!

Taksilərdə ən çox rast gəlinən problemlərdən biri tətbiqdə göstərilən avtomobil və sürücüdən fərqli birinin sifarişə gəlməsi idi.   Bu, xüsusilə uşaq...