Şüşə dizaynlı xüsusi “iPhone” nə vaxt satışa çıxacaq?

“Apple”-ın şirkətin 20-ci ildönümünə özəl olaraq hazırladığı yeni “iPhone”modeli ilə bağlı yeni detallar ortaya çıxıb. Xüsusi dizayna sahib olacaq smartfonun 2027-ci ildə təqdim ediləcəyi bildirilir.
Sfera.az xəbər verir ki, “Apple” sentyabr ayında keçirəcəyi tədbirə hazırlaşarkən, 20-ci ildönümünə özəl “iPhone” üzərində də işləyir. Məlumata görə, yeni model adi “iPhone”-lardan fərqli olaraq xüsusi şüşə dizayna sahib olacaq.
İddialara əsasən, telefonun həm ön, həm də arxa hissəsində şüşə materialdan istifadə ediləcək. Bundan əlavə, kənarları kavisli şüşə çərçivənin smartfona daha premium görünüş qazandıracağı gözlənilir.
Daha əvvəl “Apple”-ın bu layihəni ləğv etdiyi barədə məlumatlar yayılsa da Bloomberg-in məlumatına görə, bu iddialar doğru deyil. Şirkətin xüsusi “iPhone” üzərində işləri davam etdirdiyi və modelin 2027-ci ildə təqdim olunmasının planlaşdırıldığı bildirilir.
Bununla belə, telefonun dizaynı ilə bağlı məlumatlar tez-tez dəyişir. Buna səbəb isə “Apple”-ın həm dizayn, həm də istifadə olunacaq materiallar üzərində dəyişikliklər etməsidir. Hətta dizayn və digər texniki xüsusiyyətlər hazır olduqdan sonra belə kütləvi istehsal və komponentlərin tədarükü ilə bağlı problemlər yarana bilər.
Hazırda xüsusi “iPhone”-un yekun dizaynının necə olacağı dəqiq məlum deyil. Lakin müxtəlif mənbələrin ortaqlaşdığı əsas məqam telefonun dizaynında şüşədən geniş istifadə ediləcəyidir.
Küncləri kavisli olacaq yeni “iPhone”-un daha fərqli və premium görünüşə sahib olması gözlənilir.
Mənsumə






