Logo

Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı – FOTO

Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mərhum Xalq artisti, millət vəkili Amaliya Pənahovaya aid qılınc Türkiyədə satışa çıxarılıb.

Sfera.az xəbər verir ki, tanınmış aktrisanın 1993-cü ildə Türkiyədə bir quruma və ya şəxsə hədiyyə etdiyi qılınc auksion saytlarının birində yer alıb.

Hədiyyə qılıncın üzərində yazılıb: “Türkiyə Cümhuriyyətinin yaranmasının 70 illiyi şərəfinə! Bakı Bələdiyyə Teatrından. Amaliya Əliş qızı Pənahova. 29.10.1993”.

Xatırladaq ki, Amaliya Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb, bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib.

Xalq artisti 2018-ci ildə vəfat edib./Teleqraf

Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı – FOTO — foto 1
Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı – FOTO — foto 2
Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı – FOTO — foto 3
Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı – FOTO — foto 4
Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı – FOTO — foto 5
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR