Telefonunu və divarını sındıran oyunlar açıqlandı – Siyahıya bu məşhur oyunlar başçılıq edir

Telefonunu və divarını sındıran oyunlar açıqlandı – Siyahıya bu məşhur oyunlar başçılıq edir
Kateqoriya məlum deyil
T

Kompüter oyunları zamanı yaranan əsəb və gərginlik bəzi oyunçuların əmlakına ziyan vurmasına səbəb olur.

Aparılan araşdırma göstərib ki, xüsusilə rəqabətli oyunlar zamanı qəzəbini cilovlaya bilməyən istifadəçilər telefonlarını sındırır, divarları zədələyir, hətta evdəki əşyalara da zərər verirlər.

Sfera.az xəbər verir ki, Compare The Market tərəfindən aparılan araşdırmaya əsasən, bu baxımdan ilk yerdə Call of Duty seriyası qərarlaşıb. Sorğuda iştirak edən oyunçuların 33 faizdən çoxu bu oyunu oynayarkən təsadüfən evdə hansısa əşyanı sındırdığını və ya zədələdiyini etiraf edib.

Siyahıda ikinci yeri 29 faizdən bir qədər çox göstərici ilə məşhur onlayn oyun Fortnite tutub. Üçüncü sırada isə qapalı məkanda top oyunları yer alıb. Bu kateqoriyada respondentlərin 25,6 faizi oyun zamanı əmlaka ziyan vurduğunu bildirib. Araşdırmada Grand Theft Auto və Mario Kart da ev əşyalarına zərər verilməsi ilə əlaqələndirilən oyunlar sırasında göstərilib.

Məlumata görə, oyunlar səbəbindən evdə yaranan zədələrin təmiri orta hesabla 477,34 ABŞ dollarına başa gəlir. Bu məbləğ ABŞ-də satılan PlayStation 5 oyun konsolunun orta qiymətinə yaxındır.

Araşdırma onu da göstərib ki, oyunçular arasında noutbuka təsadüfən içki tökmək, eləcə də qəzəb anında əşyaları divara ataraq divar, tavan və döşəmədə zədələr yaratmaq da kifayət qədər geniş yayılmış hallardandır.

Mənsumə

Sfera.az

PAYLAŞ