Qadınları xilas etmək üçün 300-dən çox kişini öldürən qatil: Madam Popova

Qadınları xilas etmək üçün 300-dən çox kişini öldürən qatil: Madam Popova

Tarix boyu araşdırsaq, çox maraqlı personajlarla rastlaşırıq. Bu adlardan biri də Madam Popovadır. Ərləri tərəfindən işgəncələrə məruz qalan qadınları xilas və azad etmək üçün serialı qatilə çevrilən Madam Popovanın 1879-1909-cu illər arasında 300-dən çox kişini öldürdüyü məlumdur.

 

Sfera.az sizə Madam Popova kimi tanınan, əsl adı Alekse Katerina Popova olan serialı qatil haqqında yazı təqdim edir. 

 

O, 19-cu əsr Rusiyasında yaşamışdır, haqqında məlum olanlar kifayət qədər məhduddur.

 

1800-cü illərin ortalarında Rusiyanın Samara şəhərində anadan olduğu məlumdur. Doğum tarixi ilə bağlı dəqiq məlumat olmadığı kimi, ailə üzvlərinin kim olduğu da dəqiq məlum deyil. Onun haqqında məlum olan tək  şey 1879-1909-cu illər arasında 300-dən çox kişini öldürməsidir. 30 il ərzində 300-dən çox insanı qətlə yetirmiş seriyalı qatil kimi tarixə düşüb.


Madam Popovanın insanları öldürmək üçün silah və zəhərdən istifadə etdiyi bildirilir.

 

Bəzən qətlləri öz əli ilə törətdiyi deyilir. Özü də qatil olan Madam Popova, onun üçün daha çətin olan hədəfləri aradan qaldırmaq üçün başqa qatillər də tutub. Amma Madam Popovanı başqalarından, eləcə də bəşər tarixində rastlaşdığımız saysız-hesabsız seriyalı qatillərdən fərqləndirən onun öldürdüyü insanların sayı və ya üsulları deyil, qətl törətmə səbəbidir.


Madam Popova, ərləri tərəfindən bədbəxt edilmiş, kölə kimi rəftar edilən, aldadılaraq tələyə düşmüş və əzab çəkən qadınlara kömək etmək üçün bu işə başlayıb.


Təbii ki, bu iş onun dolanışığına da  kömək edib. Kömək etmək onun tək motivasiyası olmasa da, işə başlamasının əsas səbəbi məhz bu idi. O, ehtiyacı olan çarəsiz qadınlara kömək etmək üçün bu macəraya başlamışdı. Onun fikrincə, o, ərindən xilas olmaq istəyən bütün qadınlara azadlıq verirdi. Xanım Popovanın sözlərinə görə, hər qətldən sonra əsirlik həyatı yaşayan qadın kişinin əlindən qaçaraq azadlığını bərpa etdiyini gördükcə xoşbəxt olurdu. 


300-dən çox kişinin ölümünə səbəb olan Madam Popova 1909-cu ildə tutulub.


Ən qəribəsi isə, onu təslim edən şəxsin kömək etdiyi müştəri olması idi. Ərini Madam Popovanın köməkliyi ilə öldürən bir qadın, törətdiyi əməldən peşman olub. Daha sonra serialı qatili xəbər vermək qərarına gəlib. Madam Popova nəzarətə götürüldükdən sonra törətdiyi bütün qətlləri etiraf edib. O, 30 il ərzində 300-dən çox zalım ərlərini öldürdüyünü, bədbəxt qadınları pis kişilərdən xilas etdiyini bildirib. O, həyatında heç vaxt bir qadını incitmədiyini vurğulayıb.


Ömrünü bədbəxt qadınları qəddar ərlərindən xilas etməyə həsr edən və tarixin ən “məhsuldar” serialı qatili olan Madam Popova 1909-cu ildə güllələnərək, öldürülüb. 

 

İllər ərzində qadınları necə xilas etdiyindən böyük qürurla danışan bilinən Madam Popova kişiləri öldürdüyünü məhkəmədə də gizlətməyib.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mauro İkardinin sevgilisi çimərlik şəkillərini paylaşdı - FOTOLAR

Qalatasarayın ulduz futbolçusu Mauro İkardi, klubun çempionluğunu qeyd etdikdən sonra sevgilisi Çina Suares ilə birlikdə İspaniyanın məşhur turizm məkanı olan İ...

"Evdə eyni vaxtda bir neçə cihazı işlətməyin" - Mütəxəsisdən vacib tövsiyə

Havaların isinməsi ilə əlaqədar olaraq yanğın təhlükəsi artır. Təhlükəsizlik mütəxəssisləri həm fərdi yaşayış evlərində, həm də ictimai və sənaye obyektlərində ...

Maykl Ceksonun ölümündən əvvəkki son görüntüsü - VİDEO

Əfsanəvi müğənni Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilmiş video yayımlanıb.   Sfera.az xəbər verir ki, yayımlanmamış video böyük səs-küyə səb...

MN-dən partlayış səsləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ

2-5 may tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi...

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbir keçirilib. “Hər şey mümkündür&...

Daha bir gənc müəllim qəfil vəfat etdi - FOTO

Bakı şəhəri 183 saylı orta məktəbin müəllimi 34 yaşlı Yaşar Aliyarlı qəfil vəfat edib.   Sfera.az “qafqazinfo.az”a istinadən xə...