Əməkdar artist: "Elə həyat yaşayıb gündə döyülməliyəm?"
Əməkdar artist Elnarə Abdullayeva maraqlı açıqlamalar verib. Sfera.az xəbər verir ki, müğənni əri ilə sevmədən ailə qurduğunu etiraf edib: "Kimsə sevib ailə qurursa, buna pis baxmıram. Bu hissi yaşamadığıma görə deyə bilmərəm ki, sən niyə belə etdin. Deyirlər, sevgi olmasa, övlad necə əmələ gəlir? Mən ailə qurub yaşamışam, övladlarım var. Ailə sevgisidir, yaşayırsan. Həyat təcrübəmdən gördüm ki, kim kimi sevirdisə, dərdindən ölürdüsə, onlar ailə qurandan sonra bir-biriləri ilə dava edirdilər.