Konsertinə rekord sayda bilet satıldı

Kanye Uestin İstanbul konsertinin biletləri tez bir zamanda satılıb. Məşhur reperin Türkiyədəki ilk konserti üçün cəmi 7 saat ərzində 35.000 bilet satılıb.
Sfera.az bildirir ki, bu yaxınlarda Hollivudun "dəlisi" Kanye Uestin Türkiyəyə gələcəyi məlum olub.
Hip-hop dünyasının ən mübahisəli, lakin nüfuzlu simalarından biri olan Kanye Uest, musiqi karyerası boyunca həm məhsuldar çıxışı, həm də səhnə şouları ilə özünə ad qazanıb. 24 dəfə “Qremmi” mükafatı laureatı illərdir hit mahnıları və innovativ üslubu ilə populyarlığını qoruyub saxlayır.
Şəxsi həyatı, açıqlamaları, ara sıra sağlamlıq problemləri və dəyişkən partlayışları ilə tez-tez xəbər başlıqlarına çıxan Kanye bütün bunlardan əlavə, bir çoxları tərəfindən "musiqi dahisi" hesab olunur.
Bir neçə gün əvvəl Kanye Uestin Avropa turnesinin ilk dayanacağının İstanbul olacağı açıqlanıb. Türkiyədə ilk dəfə çıxış etməyə hazırlaşan Uestin çoxdan gözlənilən konsertinin biletləri dünən satışa çıxarılıb.
Biletlər satışa çıxarılan kimi qiymətlər sosial mediada trend mövzusuna çevrilib. Kateqoriyadan asılı olaraq ən bahalı biletlər 35.000, ən ucuz biletlər isə 5.400 olaraq açıqlanıb.
Biletlərin tez bir zamanda satılacağı gözlənilirdi və belə də olub: cəmi 7 saat ərzində 35.000 bilet satılıb.
Bu rəqəmlə Kanye Uestin İstanbul konserti artıq Türkiyədə ən populyar və axtarılan xarici konsertlərdən biri kimi tarixə düşüb.
Aynil
