Köhnə görüntülər yenidən ortaya çıxdı - FOTO

“Arka Sokaklar” serialında Rıza Baba kimi tanınan 83 yaşlı aktyor Zafer Ergin təcili xəstəxanaya aparılıb.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, ilkin qiymətləndirmələrə görə, həkimlər Ergini qan laxtalanması şübhəsi ilə müalicə ediblər.
Xəstəxanaya yerləşdirilməsindən sonra pərəstişkarlarını narahat edən Zafer Erginin aylar əvvəl çəkilmiş fotoları yenidən ortaya çıxıb. Çəkiliş meydançasında çəkilən bu görüntülərdə aktyorun yorğun və halsız görünüşü diqqət çəkib. Sosial mediada bu fotolar minlərlə dəfə paylaşılıb.
Zafer Erginin həyat yoldaşı Binnaz Ergin aktyorun vəziyyəti ilə bağlı açıqlama verib:
“O, susuzlaşmışdı. İnfeksiya səviyyəsi də yüksək idi. İndi yaxşıdır. Bu gün müayinə üçün xəstəxanadayıq. Çərşənbə günü çəkiliş meydançasına qayıdacaq”.
Zafer Ergin “Kurtlar Vadisi” filmindəki Baron Mehmet Karahanlı rolu və “Arka Sokaklar” serialındakı Rıza Baba obrazı ilə yadda qalıb. Onun sağlamlıq vəziyyəti həm pərəstişkarları, həm də həmkarları tərəfindən yaxından izlənilir.
Mənsumə
Sfera.az




