Əli Bəy Hüseynzadə - Türkün tərəqqisi naminə...
Bu gün Azərbaycanın ədibi, filosofu və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş, bu sahələrin hər birində özünəməxsus iz qoymuş Əli Bəy Hüseynzadənin doğum günüdür. Əli Bəy Hüseynzadə 1864-cü il 24 fevralda Salyanda anadan olub. Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçüb. Atasını erkən itirən Ə.Hüseynzadə o zaman Qafqaz