Logo

Hüseyn Əzizoğlundan Əlixan Rəcəbova CAVAB

Hüseyn Əzizoğlundan Əlixan Rəcəbova CAVAB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Vayner" Hüseyn Əzizoğlu bloqqer Əlixan Rəcəbovun videoları ilə bağlı mətbuatda yayılmış xəbərlərə reaksiya verib.

Sfera.az saytı ilə əlaqə saxlayan "vayner" həmin videolarda deyilənləri öz üzərinə götürmədiyini bildirib:

"Çünki mənim kimi Azərbaycanda minlərlə adam "Niva” sürür və qəlyan çəkir. Məndən əlavə nə qədər insan var bunları edən. Ona görə də mən o sözləri qətiyyən üstümə götürmürəm. Yoxsa artıqlaması ilə cavabın verərdim. Konkret olaraq orda mənim adım hallansa idi, mən lazım gələn cavabı verib, lazımlı adamları öz yerinə otuzdurardım. Mənim kimi 20-dən çox "vine” çəkən var. Əlixanın özü ilə də "salam-sağolum” var. Əgər lazım olsaydı, Əlixan orda mənim adımı çəkərdi, məndə cavabını verərdim. "Niva" məsələsinə gəldikdə isə mən maşını nə kreditlə almışam, nə də ki, yaltaqlıqla. Özüm işləmişəm və öz pulumla almışam".

O, baş verənlərin səbəbini isə belə izah edib:

"Kimlərsə aramızı vurmaq istəyə bilər. Amma, Əlixan mənə atmaca atmayıb".

Xatırladaq ki, Əlixan Rəcəbov sosial şəbəkədə paylaşdığı video görüntüdə sərt tənqidlər səsləndirib. Onun Hüseyn Əzizoğlunu nəzərdə tutduğu hesab edilib.

Nihat Hüseynzadə

Xəbərin əvvəli ilə tanış olmaq üçün linki tıklayın:  Hüseyn Əzizoğlu təhqir edildi: "Tuman satdıran, pəltək, qadın düşkünü... - VİDEO
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR