V Respublika Muğam Müsabiqəsinin qalibləri bəlli oldu - FOTOLAR
Sfera.az bildirir ki, dünən 2-ci (son) turu keçirilən müsabiqənin instrumental muğam ifaçılığı nominasiyasının qalibləri bəlli olub.
Birinci yerlər: Nurlan Cəbizadə (tar), Elnur Mikayılov (kamança)
İkinci yerlər: Mircavid Cəfərov (tar), Ələfsər Rəhimov (balaban)
Üçüncü yerlər: Arifə İmanova (qanun), İsmayıl Zülfüqarov (tar)
Qaliblər mart ayının 10-13-də ölkəmizdə keçiriləcək V Beynəlxalq Muğam Festivalında çıxış edəcəklər.
Qeyd edək ki, instrumental ifaçılıq üzrə müsabiqənin münsifləri AMK-nın rektoru, professor, xalq artisti Siyavuş Kərimi, xalq artistləri Ağa Cəbrayıl Abasəliyev, Fəxrəddin Dadaşov, əməkdar artistlər Malik Mansurov, Ramiz Əzizov, Malik Quliyev, Şirzad Fətəliyev olub.
Məlumata görə, xanəndə nominasiyası üzrə müsabiqə qalibləri isə sabah bəlli olacaq.









