“Sevilən qadınam, amma xoşbəxt qadın deyiləm” - Ayan Babakişiyeva - VİDEO
"Sevilən qadınam, amma xoşbəxt qadın deyiləm". Sfera.az oxu.az-a istinadən bildirir ki, bu sözləri müğənni Ayan Babakişiyeva ARB-də yayımlanan "Söz baz" verilişində deyib. O qeyd edib ki, hansısa məclisdə bir həmkarının arxasınca danışılarsa, o insana şəxsən özü cavab verib: "Ətrafımda kimsə başqa müğənni haqqında danışanda, həmin adamın cavabını verirəm. Demişəm: "Az, sən bir saxla, nə deyirsən? Sən mən etdiyimin bir faizini etmisən? Etsəydin, səni də tanıyardılar". Çünki mən də müğənniyəm.