Logo

Aparıcı dua edərək arıqladığını açıqladı, sosial medianın dilinə düşdü

Aparıcı dua edərək arıqladığını açıqladı, sosial medianın dilinə düşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Neler Oluyor Hayatta?” verilişindəki açıqlamaları ilə tez-tez gündəmə gələn türkiyəli aparıcı  Hakan Ural yenə səs-küyə səbəb olacaq fikirlər irəli sürüb.

Sfera.az bildirir ki, aparıcı canlı yayımda necə çəki atdığından danışıb. Onun istifadə etdiyi üsul tamaşaçıları təəccübləndirə bilib. Belə ki, Ural dua edərək arıqladığını söyləyib.

"Artıq hamımız bir dietoloq olmuşuq. İndi istənilən bilgini əldə etmək mümkündür. Ən qiymətli şeyi isə sizə deyim – mən həmişə kilo verə bilirdim, çünki dua edirəm. Vallah, "Kilonu alan da, verən də sənsən. Əsl sirr səndədir. Cənabi-Allahım sən mənə kömək et”, deyə dua edirəm”, deyə Hakan deyib. Aparıcının bu etirafı sosial mediada lağ obyektinə çevrilib.

Qeyd edək ki, Hakan Ural bundan öncə, "Pandemiyanın bitməyini istəyirsinizsə, dərhal Bill Qeytsi həbs edin" açıqlaması ilə müzakirə obyektinə çevrilmişdi.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR