Logo

Məşhur reper qətlə yetirildi

Məşhur reper qətlə yetirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Yayo" mahnısı ilə tanınan reper Snut Uayld qətlə yetirilib.

Sfera.az bildirir ki, bu barədə ifaçının nişanlısı Kristal Meredit məlumat yayıb. Məlumata görə, ulduzun maşını başqa avtomobil tərəfindən təqib olunub və qısa mübahisədən sonra o güllələnib.

Hyuston Polis Departamentinin məlumatına görə, polis məmurları bir neçə saat sonra atışma yerinə gəliblər. Əsl adı LePreston Porter olan Uayld boynundan güllə yarası ilə xəndəkdə yatmış vəziyyətdə tapılıb. 36 yaşlı reper xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.  Nişanlısı Kristal bu barədə danışarkən "Baş verənlər faciədir. Snut əla biri idi, mehriban ata olub. Bunun necə və niyə baş verdiyini anlamırıq”, - deyə söyləyib.

Qeyd edək ki, reper 5 uşaq atası olub.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR