Aygün Kazımovadan İranda qətlə yetirilən Məhsa ilə bağlı paylaşım - FOTO
Azərbaycanın Xalq artisti, sevilən ifaçı Aygün Kazımova İranda hicabını düzgün bağlamadığına görə, əxlaq polisi tərəfindən qətlə yetirilən Məhsa Əmini ilə bağlı paylaşım edib. Sfera.az xəbər verir ki, A.Kazımova sosial şəbəkə hesabında Məhsanın fotosunu paylaşaraq ona "Qadın... Söylə görüm, bu həyatda nələr çəkdin, nələr gördün..." başlığını yazıb. Xatırladaq ki, 22 yaşlı Məhsa Əmini sentyabrın 16-da İranda əxlaq polisi tərəfindən zorakılığa məruz qalıb və bir neçə saatdan sonra xəstəxanada