Aygün Kazımovadan İranda qətlə yetirilən Məhsa ilə bağlı paylaşım - FOTO

Aygün Kazımovadan İranda qətlə yetirilən Məhsa ilə bağlı paylaşım - FOTO

Azərbaycanın Xalq artisti, sevilən ifaçı Aygün Kazımova İranda hicabını düzgün bağlamadığına görə, əxlaq polisi tərəfindən qətlə yetirilən Məhsa Əmini ilə bağlı paylaşım edib.

 

Sfera.az xəbər verir ki, A.Kazımova sosial şəbəkə hesabında Məhsanın fotosunu paylaşaraq ona  "Qadın... Söylə görüm, bu həyatda nələr çəkdin, nələr gördün..."  başlığını yazıb. 

 

 

Xatırladaq ki, 22 yaşlı Məhsa Əmini sentyabrın 16-da İranda əxlaq polisi tərəfindən zorakılığa məruz qalıb və bir neçə saatdan sonra xəstəxanada vəfat edib. Bu hadisə ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib, etirazlar başlayıb. Artıq bir neçə gündür başlayan kütləvi etirazlar hələ də davam etməkdədir. Aksiyalar ölkənin Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərini də əhatə edib. Aksiyalar zamanı ölənlər və yaralananların olduğu bildirilib. Bəzi yerlərdə aksiyaçılara qarşı silah da tətbiq edilib. Bundan başqa, məcburi hicaba qarşı çıxanlar da baş örtüklərini yandırır.

 

Vəsilə İbrahim,

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR