Hadisənin səhnəyə atdığı üzüklə bağlı həqiqət ortaya çıxdı - Həyat yoldaşı ondan...

Hadisənin səhnəyə atdığı üzüklə bağlı həqiqət ortaya çıxdı - Həyat yoldaşı ondan...

İş adamı Mehmet Dinçerlərdən boşanmağa qərar verən Hadisənin İstanbul konserti zamanı səhnəyə atdığı üzüklə bağlı həqiqət üzə çıxıb. 

 

Sfera.az bildirir ki, sözügedən üzüyün iş adamının evlilik təklifi zamanı müğənniyə verdiyi 3 milyon lirəlik aksesuar olduğu deyilsə də, bunun əksi iddia olunub. Belə ki, ifaçının səhnəyə atdığı üzüyün dəyərsiz əşya olduğu açıqlanıb. Digər iddia isə Mehmet Dinçerlərin həm evlilik təklifi edərkən verdiyi üzüyü, həm də toyda taxdığı zinət əşyalarını istəməsi olub.

 

İş adamı bununla əlaqəli səssizliyini pozub:

 

“Mənlə bağlı səsləndirilən fikirlər haqsızlıqdır. Münasibətimiz dövründə Hadisənin sənət həyatına ən çox dəstək verən mən olmuşam. Ailəmlə birlikdə onun konsertlərini qürurla izləyirdim. Ona görə də, iddialar məni təəccübləndirdi. Münasibətimizi bitirmək qərarı ümumi fikrimizdir. Hadisədən heç bir tələbim olmayıb”.

 

Qeyd edək ki, Hadisə  may ayından etibarən həyat yoldaşı Mehmet Dinçerlərin iş yükü səbəbindən başda İstanbul və Kipr olmaq üzrə 7 konsertini ləğv edib. Onun 4 aylıq zərərinin 6 milyon TL olduğu iddia edilib.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR