“Qızıma çox qadağa qoyduğuma görə peşmanam”
“Məndə insanlara qarşı həmişə məsafə var. Zarafat sevirəm, deyib-gülməyi xoşlayıram. Çaılşıram kiminsə qəlbinə dəyməyim, amma o məsafəni də qoruyuram”. Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli “Düzünə qalsa...” verilişində deyib. “Kimisə yükləməyi sevmirəm. Başıma nəsə gəlsə, kiməsə zəng edim, heç vaxt, qətiyyən! Hər kəsin dərdi var, kimisə yükləmək kimi xasiyyətim yoxdur. Çox nadir hallarda, bıçaq sümüyə dirənəndə ağzımdan 5-6 cümlə çıxar! Mənim problemim mənə